1 Yanvar 2016 23:20
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “qara qızıl”ın ixracına qoyduğu 40 illik embarqodan sonra öz neftini ilk dəfə olaraq xaricə çıxarıb.

Virtualaz.org bildirir ki, bu barədə “Blomberg” xəbər yayıb.

Agentliyin məlumatına görə, ConocoPHillips şirkətinə məxsus neftlə dolu tanker Texas ştatının Korpus-Krisi şəhərindən İtaliya limanlarından birinə doru istiqamət götürüb. Bu neft partiyası İsveçrə-Niderland birgə şirkəti Viol üçün nəzərdə tutulub.

Agentlik bildirir ki, ABŞ yaxın günlərdə bu şirkət üçün minimum daha bir tanker göndərəcək. Əvvəlcədən verilən məlumatda bildirilirdi ki, ABŞ yanvarın ilk həftəsində Texasın cənub hissəsində hasil olunmuş 600 min barel nefti xaricə göndərəcək.

Xatırladaq ki, hazırda ABŞ ehtiyatlarında 695 milyon barel neft var və Vaşinqton onun 8%-ni satmağı planlaşdırır. Qanun layihəsinə müvafiq olaraq, əldə edilən gəlirlər saxlanılmaq üçün Maliyyə Nazirliyinin ümumi fonduna veriləcək.

Onu da qeyd edək ki, bu, ABŞ-ın tarixdə öz neft ehtiyatlarını açması kimi ikinci haldır. Bu ehtiyatlar ərəb istehsalçılarına qarşı 1973-74-cü illərdə ilk neft böhranından sonra yaradılıb. İlk dəfə neft ehtiyatı 1991-ci ildə İran körfəzi müharibəsi zamanında istifadə edilib. Amerikanın ehtiyatları dünyada ən iri ehtiyatlardır.


Müəllif: