"Türk Hava Yolları"nın İstanbul-London reysini həyata keçirən təyyarəsi Serbiya aerportlarının birində məcburi eniş edib.
"Hürriyət"in verdiyi məlumata görə, məcburi enişə səbəb təyyarənin göyərtəsində sahibi sərnişinlər arasında olmayan mobil telefonun aşkar edilməsidir.
Təhlükənin olmaması müəyyən edildikdən sonra təyyarə Londona istiqamət alıb.