22 May 2021 19:00
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın əyalətlərində “Qara göbələk” epidemiyası yayılıb.

Teleqraf.com xəbər verir ki, hökumət 29 əyalətdə səfərbərlik elan olunması çağırışını edib.

Səlahiyyətlilər “Qara göbələk” xəstəliyinin COVID-19-un müalicəsində istifadə edilən steroidlərlə əlaqəli olacağından şübhələnirlər.

Səhiyyə Nazirliyinin təmsilçisi Lav Aqarval mukormikoz adlanan infeksiyanın şübhəli və ya təsdiqlənmiş hallarını müvafiq orqanlara bildirilməsini tələb edib.

Qeyd edək ki, tibbi adı “mukormikoz” olan “Qara göbələk” xəstəliyi nadir infeksiyadır. Əsasən torpaqda, bitkilərdə, gübrələrdə, çürüyən meyvə və tərəvəzlərdə rast gəlinən mukor küfü ilə təmasdan yaranır.

Sinirə, beyinə və ağ ciyərlərə təsir edən “Qara göbələk” xərçəng, HİV/AİDS, şəkərli diabet xəstələrində və immun sistemi zəifləmiş şəxslərdə həyati təhlükə yarada bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər