20 Fevral 2018 23:24
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:56

İranda xilasedicilər təyyarə qəzası qurbanlarının 30-nun cəsədini aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Press TV" xəbər verib.

Bildirilir ki, pis hava şəraiti səbəbindən cəsədlərin daşınmasına yalnız çərşənbə günü başlanılacaq.

Həlak olanların cəsədlərinin çıxarılması işləri 4,500 metr yüksəklikdə aparılır. Qar örtüyünün hündürlüyü təxminən 2 metr təşkil etdiyindən xilasedicilər çətinlik çəkirlər. Qəza yerində 100-dən çox xilasedici işləyir, axtarışa həmçinin 7 vertolyot cəlb edilib.

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub.

***

İran xilasediciləri qəzaya uğramış "ATR-72" təyyarəsinin qurbanlarının 45-inin cəsədini aşkarlayıblar.

Məlumata görə, bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib.

"Həlak olanların axtarışı davam edir. İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib", - deyə o bildirib.

Cəlal Puranfard bununla yanaşı qeyd edib ki, cəsədlər Yasuc şəhərinin Məhkəmə-Tibb ekspertizasına göndəriləcək. Onun sözlərinə görə, cəsədlərinin təxliyə edilməsi çərşənbə günü planlaşdırılır.

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər