3 May 00:37
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə tərəfi özünün "S-400" zenit-raket komplekslərini hər hansı ölkəyə vermək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər “CNN Türk” telekanalının efirində deyib.

Jurnalist müdafiə nazirindən Kiyevin HHM sistemlərinin Ukraynaya verilməsi xahişi ilə Ankaraya müraciət edib-etmədiyini soruşub.

"S-400"-ləri kiməsə vermək fikrində deyilik”, - nazir cavabında deyib.


Müəllif: Teleqraf.com