17 Yanvar 2022 14:31
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov