29 Aprel 01:26
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə Fərman Kərimzadə küçəsi, 67 ünvanında səhər saat yeddi radələrində baş verib.

Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb və yarasız hala salıb. Ev sahibi isə daşı oradan çıxartmaq, çəni təmir etmək istəyib və oraya düşüb. Elə hadisə də bundan sonra baş verib. Çənin içərisindən çıxa bilməyən sakinin dadına ilk həyat yoldaşı yetişib.

Bildirilib ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan 1986-cı il təvəllüdlü vətəndaş xilas edilib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər