13 May 20:11
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var"

Teleqraf.com xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında Qurban Qurbanov deyib.

O bildirib ki, görüş ümumilikdə maraqlı keçdi:

"Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı. Müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil: Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki, dəyişiklik olmayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər