27 Yanvar 2022 12:47
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük əhalisinin qida ehtiyaclarını ödəmək, toxum və tərəvəz potensialını artırmaq üçün Çində geni dəyişdirilmiş məhsulların (GMO) istehsalına icazə verilib.

Teleqraf.com xəbər verir ki, bunu Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi açıqlayıb.

Bildirilir ki, məhsul istehsal edən şirkətlər dərc edilmiş sınaq qaydalarına uyğun olaraq geni dəyişdirilmiş bitkilərin sınağını başa vurduqdan sonra istehsal sertifikatı üçün müraciət edə bilərlər.

Çinin biotexnologiya şirkəti “Origin Agritech”in prezidenti Han Gengcen bildirib ki, qərar bitkilərin daha səmərəli inkişafı üçün yaxşı fürsətdir və bitki yetişdirilməsi üçün yeni qapı açır: “Geni dəyişdirilmiş məhsullar üçün dərc edilmiş sınaq qaydaları ilə 1 və ya 2 il ərzində istehsal sertifikatı əldə edilə bilər”.

2020-ci ildə Çin hökuməti ölkənin toxumçuluq sənayesində potensialı artırmaq üçün elm və texnologiyadan istifadə etməyə çağırıb. Tərəvəz və toxumlarının əhəmiyyətli bir hissəsini xaricdən idxal edən Çin aldığı yeni qərarla xarici məhsula olan ehtiyacı azaltmağı planlaşdırır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər