3 İyun 2022 15:34
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya-2016” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səmra Rəhimli MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Səmra Rəhimli yenidən ölkəmizi müsabiqədə təmsil etmək istəyini dilə gətirib:

"Bir dəfə yenidən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ölkəmi təmsil etmək təklif edildi. Hər zaman Azərbaycanımı təmsil etməyə hazıram, öz komandamla, özüm istədiyim tərzdə, tam özümü ifadə edəcəyim formada olar. Bilirsiniz "Avroviziya" kütləsi necədir? Onlar saxta olan hər şeyi anında tuturlar".

Qeyd edək ki, Səmra Rəhimli Azərbaycanı "Avroviziya-2016" mahnı müsabiqəsində təmsil edib və 17-ci yerdə qərarlaşıb.


Müəllif: Rəqsanə Həsənova