2 Oktyabr 2021 17:18
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsi ilə Azəraycan öz ərazi bütövlüyünü təmin edib. Artıq bölgə üçün böyük təhlükə olacaq münaqişə bitib. Regionda yeni bir vəziyyət yaranıb. Yaranmış yeni reallıq isə bölgədə sülhü, əməkdaşlığı, bir-birinin ərazisinə, suverenliyinə olan qarşılıqlı hörməti diktə edir

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, artıq münaqişə bitdiyi üçün Azərbaycan qarşı tərəfdən onun ərazisinə suverenliyinə dair öhdəlik tələb edir:

“Eyni zamanda Azərbaycan sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğunu bəyan edib. Amma qarşı tərəfdən uzun müddətdir ki, buna cavab verilmir. Məhz Prezident İlham Əliyevin Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırması da bunun bariz nümunəsidir. Çünki Ermənistanın yeganə xilası bu əməkdaşlıqdan keçir”.

Millət vəkili hesab edir ki, “Dağlıq Qarabağın statusu” məsələsi tarixdə qalıb və bu mövzunun reanimasiyası heç bir perspektiv vəd etmir:

“Azərbaycanın azad edilmiş ərazilərində erməni tərəfinin basdırmış olduğu yüz minlərlə mina mümkün infrastrukturu, quruculuq-abadlıq işlərini ləngidir. Ona görə də Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərin minalanması problemi hələ də qalmaqdadır. Çünki Ermənistanın mina xəritələrini təqdim etməməklə, prosesə mümkün ziyan vurmağa çalışır”.


Müəllif: Tapdıq Qurbanlı