Teleqraf.com xəbər verir ki, qərara əsasən, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:
Ülkər İsmayılqızı – (Sputnik Azərbaycan) publisistik yazılarına görə
Leyla Məhərrəmova (azadinform.az) – ölkənin siyasi gündəmini obyektiv və operativ işıqlandırdığına görə
Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, XX əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.