19 Mart 2018 20:28
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə Novruz bayramı ilə bağlı tədbir keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev simvolik Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb.

Daha sonra o, təbrik nitqi söyləyib. O, çıxışında daşkəsənliləri bayramı münasibətilə ürəkdən təbrik etdiyini deyib.

“Qoy bu xoş müjdəli Bahar bayramı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, süfrələrimizə ruzi-bərəkət, sevincli günlər gətirsin, bayramınız mübarək olsun.
Gündən-günə qüdrətlənən və müasirləşən Azərbaycan Dövləti daha bir Novruz bayramını əmin-amanlıq, sabitlik, təhlükəsizlik və yüksək sosial rifah şəraitində qarşılayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticəsində dövlətimizin gücünün artmasından qürur və iftixar hissi duyan hər bir Azərbaycan vətəndaşı Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir” - Ə.Abıyev çıxışında bildirib.

İH başçısı deyib ki, 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb, BMT-nin Baş Məclisi tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.

Əhəd Abıyev bayram münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Daşkəsən ictimaiyyəti və şəxsən öz adından təbrik etdiyi bildirib.

Təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəxin nümunələrinə baxış keçirib.

***

Bayram şənliyi rayon ərazisində yerləşən yeni tikilmiş ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə davam etdirilib. (Musavat.com)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər