27 May 2018 09:29
2 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Türkiyə hökuməti Avropaya çəkilən “Türk axını” qaz borusunun 2-ci xəttinin qurudan keçəcək hissəsinin inşasına dair protokol imzalayıblar, inşanın şərtləri və parametrlərini müəyyənləşdiriblər.

Bu barədə Rusiya şirkətinin məlumatında bildirilir. “Qazprom” qeyd edir ki, sənədlərin imzalanması layihənin reallaşdırılması üzrə praktiki addımlara keçməyə imkan yaradır. Borunun 2-ci xəttinin quru hissəsinin inşası paritet əsaslarla yaradılacaq “TurkAkim Gaz Tasima A.S.” birgə layihə şirkəti tərəfindən həyata keçiriləcək.


Müəllif: Mənbə/APA