14 May 21:31
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənasız, ölgün hərəkatdır, son bir neçə ildə belə hərəkatlardan çox görmüşük.

Teleqraf.com xəbər verir ki, bunu İrəvan merinin müavini Armen Pambuqcyan revanşistlərin “Vətən naminə Tavuş” Hərəkatı barədə danışarkən deyib.

Onun sözlərinə görə, vətəndaşların münasibəti və hərəkatın məzmunsuzluğundan belə bir qənaətə gəlib.

Pambuqcyan etirazlara rəhbərlik edən keşiş Baqrat Qalstanyanın Baş nazir Nikol Paşinyanı doğru-dürüst istefaya çağıra bilmədiyini də söyləyib:

“Məzmunsuzluq istefa tələbinin məzmunundadır. Dediyim kimi, son 3-4 ildə mütəmadi olaraq belə tələbləri olan, məhv olmaq üzrə olan insanların bir araya toplaşdığını görmüşük”.

Mer müavini etirazları körükləyən Köçəryan-Sərkisyan klanı və bu düşərgədə olanların çoxdan sıradan çıxdıqlarını vurğulayıb.

Pambuqcyan onu qeyd edib ki, hərəkat əvvəldən fərqli xarakter daşısa da, İrəvana çatan kimi istefa tələbinə çevrilib: “Bundan sonra hərəkata münasibət xeyli dəyişdi, ictimaiyyətin reaksiyası belə oldu ki, ilk mitinqdən sonra insanlar gəlməməyə başladılar”.

Şəhər yetkilisi etirazlara qatılanların sayının günbəgün azaldığını vurğulayıb: “Bir milyon insanın iştirak etdiyini iddia edə bilərlər, amma rəqəmi qeydə alan təşkilatlar, QHT-lər var, bu rəqəmlər doğru deyil”.

Pambuqcyan revanşistlərin etiraz askiyasını "şou" adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu