15 iyul dövlət çevrilişinin ildönümü ərəəsində çəkilən "Dirçəliş" sənədli filminin rejissoruna istənilən cəza məlum olub.
Teleqraf.com türk medisına istinadla xəbər verir ki, filmin bir səhnəsində Prezident Rəcəb Tayyib Ərdoğanın başına silah tuşlanması görüntülərindən dolayı filminin rejissoru Əli Ovçu bu ilin iyulunda saxlanılıb.
Əli Ovçunun evində axtarışda olan Fətullah Qarabibəri gizlətdiyi məlum olub.
Hazırda rejissorun istintaq tamamlanıb. İstanbul Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən hazırlanan iddianamədə Ovçu haqqında "silahlı terror təşkilatı idarəçiliyi" maddəsi ilə 15 ildən 22.5 ilədək həbs cəzası tələb edilib.
Məhkəmə yaxın günlərdə başlayacaq.