İfaçı Leyla Ramazanlının yeni ildə ilk klipi işıq üzü görüb. Müğənni “Azərbaycan” mahnısına klip çəkdirib.
Teleqraf.com xəbər verir ki, Leyla Ramazanlı bu mahnının onun repertuarında xüsusi yeri olduğunu bildirib:
“Hesab edirəm ki, hər bir ifaçının repertuarında “Azərbaycan” mahnısının olması zəruridir. Bilirsiniz ki, mən vətənpərvərlik mövzusunda bir neçə mahnı ifa etmişəm. “Azərbaycan” mahnısı da onların sırasına daxil oldu. Mənim üçün bu mahnının xüsusi yeri var. Yeni klipimə gəlincə klipin rejissorluğunu Nail Naiboğluna həvalə etdim. Onun maraqlı rejissor tərzi var. İşlərini çox bəyənirəm”.
Qeyd edək ki, “Azərbaycan” mahnısının sözləri Arzu Əsədovun, musiqisi İsmayıl Əsədovundur.