28 Aprel 10:35
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkum amerikalı kinoprodüser Harvi Vaynşteyn Nyu-Yorkdakı Bellevue həbsxanasının xəstəxana palatasına yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Artur Aidala bildirib.

Aidala Vaynşteynin səhhətində ciddi problemlər olduğu üçün xəstəxanaya yerləşdirildiyini vurğulayıb.

"İndi prodüser hər cür sınaqlardan keçir"- deyə vəkil bildirib.

Qeyd edək ki, Vaynşteynə qarşı ittihamlar ilk dəfə 2017-ci ildə “The New York Times”ın səhifələrindən eşidilib. Nəşrdə son 30 il ərzində prodüserin tabeliyində olanlar və ondan əziyyət çəkən bir çox gənc aktrisalar haqqında məqalə yayımlanıb.

Daha sonra Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek də daxil olmaqla 80-dən çox qadın prodüserlə olan məcburi münasibətlərdən söz açıblar.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər