11 May 20:31
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zeynəb Xanlarova Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi festivalında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Zeynəb Xanlarova Real TV-yə təəssüratlarını bölüşüb: "Şuşa bizim canımızdır. Şuşa haqqında nəsə deməyə söz bəs etmir. Şuşa üçün əlimdən nə gəlirsə, bir az oxuyuram. Şuşada olduğum üçün xoşbəxtəm. Xoşbəxtəm ki, bu çayı, çəməni, meşəni görürəm.

Bu müqəddəs torpaq uğrunda həyatlarını qurban verən insanlar üçün rəhmət oxumaq istəyirəm. Mən səhnədə ifa edəndə gözümün qabağına onları gətirdim. Allah onlara rəhmət eləsin.

Cənab Prezident İlham Əliyevi o qədər sevirəm ki...Mən o qədər prezidentlər görmüşəm ki...Açığını deyim ki, bizim əziz Prezidentimiz İlham Əliyev olmasaydı, bəlkə də necə var idiksə, elə də qalacaqdıq. Bu mənim ürəyimdən gələn sözlərdir. Cənab Prezidentin özü də, həyat yoldaşı da, qızı da, oğlu da ailəvi olaraq, bu xalq üçün yaşayırlar. Yaxşının qədrini bilmək lazımdır.

Cənab Prezident İlham Əliyevə mənim canım qurban! Onu çox istəmişəm, istəyəcəyəm də... Prezidentin atasını-Heydər Əliyevi də çox istəmişəm, indi də istəyirəm",- deyə Xalq artisti bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər