12 May 02:48
2 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə təmsilçisi Nemo (Nemo Mettler) 68-ci "Avroviziya" mahnı müsabiqəsinin qalibi oldu.

Teleqraf.com xəbər verir ki, İsveçin Malmö şəhərində keçirilən müsabiqədə İsveçrə ən yaxın rəqibləri Xorvatiya (547) və Ukraynanı (453) qabaqlayaraq birincilik qazandı.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.

***

02:06

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı keçirilir.

Teleqraf.com xəbər verir ki, finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq öz musiqi nömrələrini təqdim ediblər.

Hazırda müsabiqədə səsvermənin nəticələri açıqlanır. Azərbaycan 12 xalını İsveçrəni təmsil edən Nemoya verib.

Qeyd edək ki, Niderland finala vəsiqə qazansa da yarımfinalda çıxışından sonra baş vermiş insidentə görə müsabiqədən uzaqlaşdırılıb.

Ölkəmizi yarışmada təmsil edən Fahree və İlkin Dövlətöv finala vəsiqə qazana bilməyiblər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər