NATO qoşunları Rusiyadan gələn təhlükəni dəf etmək perspektivi ilə Estoniyada "Swift Response" hərbi təlimləri keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
“Apache" hücum helikopteri Rusiya mövqelərinə hücum edən quru qüvvələrinə dəstək üçün uçur. Şiddətli yaxın döyüşlər zamanı bir sıra möhkəmləndirilmiş səngərlər təmizlənib, pilotsuz təyyarələrin və raketlərin köməyi ilə əks-hücum dəf edilib”, - nəşr təlimlərin gedişini təsvir edir.
Bildirilir ki, Böyük Britaniyanın rəhbərlik etdiyi hərbi blokun qüvvələri alyansın şərq cinahında baş verənlərlə bağlı variantlar üzərində işləyir. Bundan əlavə, Britaniya hərbçiləri Ukraynadakı döyüşlərin gedişatını təhlil edir və təlimlər zamanı əldə etdikləri təcrübədən istifadə edirlər.
Nəşr qeyd edir ki, "Swift Response" Baltikyanı ölkələrdən Balkanlara qədər keçirilən hərbi təlimlərlə Soyuq Müharibə bitdikdən sonra NATO-nun ən böyük təlimidir.