12 May 00:01
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna danışıqlar zamanı təhlükəsizlik zəmanəti müqabilində NATO üzvlüyündən imtina edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Avstriyanın "Die Presse" nəşrinə müsahibəsində bildirib.

“Ukraynanın NATO-ya üzvlüyü nəyəsə mübadilə edilə bilər. Məsələn, hərbi iştirakdan söhbət gedəndə təhlükəsizlik zəmanəti”, - Çexiya lideri bildirib.

Pavel qeyd edib ki, Aİ-də Ukraynaya dəstək dayandırılarsa, münaqişənin sona çatacağına dair yanlış inanc var. "Ancaq bu baş verməyəcək" deyə siyasətçi vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər