APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə iki şəxs arasında şəxsi münaqişə zəminində baş verib.
Ermənistan əsilli 27 yaşlı şəxs mübahisə etdiyi şəxsə tapançadan iki dəfə atəş açaraq onu yaralayıb. Hadisə yerindən qaçan şübhəli şəxs bir neçə dəqiqə sonra saxlanılıb.
Yaralanan şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.