Teleqraf.com Türkiyə KİV-ə xəbər verir ki, Bəkir Ağırdağ parçalanmadan sonra bir qrup MHP üzvlərinin hakim AKP-yə, digər qrupun isə Böyük Birlik Partiyasına qoşulacağını açıqlayıb.
“Referendumda seçici aktivliyi yüksək oldu. Amma gələcək siyasətin mənzərəsi bundan ibarət olacaq. Bu seçkilərdə əsas imtahan öz elektoratı ilə AKP və Ərdoğan arasında oldu. Referendumda "yox" deyənlər öncədən bir yerdə idilər. Seçkidən sonra da onların arasında parçalanma baş vermədi. AKP-nin səs itkisini MHP-dən gələn səslər qorudu. Başqa sözlə, yarış həm də Ərdoğanla öz elektoratı arasında oldu. Türkiyə siyasəti həm də konsolidasiya olundu. Oyun qaydaları belə davam etdikcə, kiçik partiyaların heç bir şansı olmayacaq”, - Bəkir Ağırdağ bildirib.
Cavad