2 May 22:53
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Ədalət və İnkişaf Partiyasının Ümumi Qərargahında baş tutub və Təxminən bir saat yarım davam edib.

“CNN Türk”ün məlumatına görə, görüş çox müsbət və məhsuldar keçib. Tərəflər bir-birinə hədiyyələr verib.

Bildirilir ki, görüş zamanı Özel əyləşmə şəklini tənqid edib. Ərdoğan isə “Dövlət Baxçalı gəldiyi zaman da belə otururuq” deyib. Türkiyə Prezidenti bunu kompensasiya etmək üçün CHP-nin qərərgahına təşrif buyuracağını deyib, Özel isə bundan məmnun olacağını bildirib.

Qeyd edilir ki, dini bayramlarda Ərdoğanla Özel arasında telefon təbriki olacaq, milli bayramlarda isə görüşləri təşkil ediləcək.

Özəl prezident Ərdoğanla görüşündən sonra “Sözcü”yə açıqlama verib.

“Görüş müsbət bir atmosferdə keçdi və müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəyəm. Müzakirə və mübarizəmizi birlikdə aparacağıq”, - deyə o bəyan edib.


Müəllif: Teleqraf.com