ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sonuncu toplantısında 2018-ci ildə faiz dərəcələrinin artırılmasına dair razılıq əldə olunduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, FED üzvləri ABŞ-ın iqtisadi gəlirlərinin artdığını və bu üzdən faiz dərəcələrinin artırılmasının vacibliyini vurğulayıblar.
FED ABŞ-da infilyasiya həddinin 2 faiz civarında olacağını proqnozlaşdırıb.
FED proqnozları açıqlayandan sonra Nyu York birjasında dolların avroya nisbətdə indeksi sürətlə yüksəlməyə başlayıb.
Brent markalı neft isə 65 dollara düşüb.