Türkiyənin Adana şəhərində 25 yaşlı Məhəmməd İldırım mübahisə əsnasında Yetər adlı 19 yaşlı sevgilisi tərəfindən ov tüfəngi ilə öldürülüb.
Teleqraf.com xəbər verir ki, Məhəmməd İldırım bacısı ilə sevgilsinin Kozan məhələsindəki evinə gedərək mübahisə etməyə başlayıb. İldırım avtomobilindən ov tüfəngi götürüb yenidən evə gələrək “Zəhləni töksəm, məni vur” deyib.
İddialara görə, İldırım bir müddət sonra gənc qıza təcavüz edib. Yetər adlı qız ov tüfəngini götürüb atəş açıb. Məhəmməd İldırım hadisə yerində keçinib. Bacısı və sevgilisi dərhal evdən uzaqlaşıb. Polis qısa zamanda gənc qızları saxlayıb. 19 yaşlı Yetər ilkin ifadəsində Məhəmməd İldırımı ona hücum çəkdiyi üçün öldürdüyünü deyib.