Yunanıstan Baş naziri Kiryakos Miçotakisdən Afinada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluna sürpriz təklif gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yunan baş nazir Çavuşoğluna koronavirus peyvəndlərini qarşılıqlı şəkildə tanımaq təklifini verib:
“Afina peyvəndləri qarşılıqlı tanımaq təklifi verib. Bu təklif çox önəmlidir. Çünki Egey dənizində turizmin ən çox maraqlandığı məsələ budur”.
Qəzet təklifin Türkiyə tərəfindən qəbul edildiyini yazıb.
Nəşr Baş nazir Miçotakisin Çavuşoğluna başqa bir təklifinə də diqqət çəkib:
“Miçotakis Çavuşoğlunu Krit adasındakı evinə dəvət edərək, onu orada qəbul etmək istəyib. Amma xarici işlər naziri rəsmi görüşləri səbəbiylə Afinada qalmağa qərar verib. Diplomatiyada ev dəvətləri böyük anlam kəsb edir - dostluq mesajıdır”.