Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski xalqa müraciətində məlumat verib.
Telefon danışığı zamanı Ukrayna prezidenti amerikalı həmkarına sonuncu müdafiə yardımı paketinə görə təşəkkür edib: "Biz ABŞ-ın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi köməyi də yüksək qiymətləndiririk".