18 Yanvar 2023 14:56
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi səbəbindən Moldovada qazın qiyməti 7 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Moldova Prezidenti Maya Sandu deyib.

O bildirib ki, Moldovada qaz tarifi son 18 ayda 7 dəfə artıb və bura insanların böyük maaş aldığı ölkə deyil:

"Amma biz demokratiyaya inanırıq, ona dəyər veririk, azad dünyanın bir parçası olmaq istəyirik və buna görə də yeganə çıxış yolu bir yerdə olmaqdır. Bəli, çətindir, amma biz Ukraynaya kömək etməliyik, Rusiyanı dayandırmalıyıq, çünki əks halda hamımız təhlükə altında qalacağıq".

Maya Sandunun sözlərinə görə, Moldovanın enerji sistemi müharibədən əvvəl 100% Rusiyadan gələn təchizatdan asılı olub:

“Son bir ildə ölkə bu rəqəmi 40%-ə endirməyə, başqa mənbələr tapmağa nail olub. Rusiya enerji böhranı ilə bizi şantaj edə biləcəyinə inanırdı. Avropa isə bu problemi həll edə bildi. Yazda bu problemin müzakirəsi zamanı heç kim Aİ-nin bu qədər tez həllini tapa biləcəyinə inanmırdı”.


Müəllif: Nemət