31 Mart 09:40
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika pilotsuz təyyarələri Əfqanıstanın hava məkanını pozub.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Taliban hərəkatının nümayəndəsi Zəbihullah Mücahid deyib.

"Bu təyyarələr, şübhəsiz ki, ABŞ-a məxsusdur"

Onun sözlərinə görə, dronlar bəzi qonşu ölkələrin ərazisindən uçuşlar həyata keçirir. O, tərəfləri bu məsələdə məsuliyyətlərini dərk etməyə və təcavüzü dayandırmağa çağırıb.

Hərəkat nümayəndəsi qeyd edib ki, qonşu dövlətlər Amerika pilotsuz təyyarələrinin Əfqanıstana zərər vurmaq üçün öz hava məkanından istifadə etməsinə icazə verməməlidir.


Müəllif: Pərvin Cəfərova