2 May 13:10
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus hərbi qüvvələri İranda keçirilən “antiterror təlimləri”ndə iştirak edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Valeri Revenko məlumat verib.

Belarus Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi general-mayor Aleksandr Başın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Tehranda keçirilən komanda qərargah təlimlərinə qatılıb.

Razılaşma aprelin sonunda Belarus və İranın müdafiə nazirləri Viktor Xrenin və Məhəmməd Rza Aştiyani arasında Astanada keçirilən görüşdə əldə olunub.

Belarus MN bildirib ki, Minsk və Tehran hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

2023-cü ilin iyulunda Tehranda keçirilən görüşdən sonra Xrenin və Aştiyani müdafiə qurumları arasında anlaşma və ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu