16 May 12:24
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapahyanın açıqlaması məni heyrətə gətirib. Bu keşiş bütün ermənilərin katalikosunun xeyir-duası ilə Ermənistan baş naziri postunu tuta biləcəyini bildirir.

Teleqraf.com xəbər verir ki, bunu “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib.

Partiya lideri kilsə xadimlərinin ölkə konstitusiyasını kobud şəkildə pozduqlarını vurğulayıb:

“Bütün ermənilərin katolikosuna (II Qaregin) sual vermək istəyirəm. Erməni kilsəsinin dövlət məmuru olmağa can atan yüksək rütbəli din xadimləri üçün artıq kilsəyə xidmət maraqlı, məqbul və cəlbedici deyil?

Erməni kilsəsi sizin rəhbərliyinizlə o həddə çatıbmı ki, kilsə xadimləri kilsəyə xidmət etməyi şərəf hesab etmirlər, hətta yepiskop ordenlərini atmağa və kilsə nizamına uyğun gəlməyən sahələrdə güclərini sınamağa hazırdırlar?

Bəli, son onilliklərdə kilsə üzvlərinin bir çox hallarda cinayət hesab ediləcək şəkildə necə dağıldığını, kilsəni tərk etdiyini görmüşük, amma son günlər və həftələrdə baş verən hadisələr həyəcan təbili çalmalıdır, onlar dövlət üçün yox, kilsə üçün təhlükəlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər