Yayın sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Mitat Çelikpala deyib.
“Türkiyə Azərbaycanın yanındadır, ona görə də Türkiyənin Ermənistan üçün vasitəçi olması mümkün deyil. Bu mənada Türkiyənin də böyük rolu var. Sülh razılaşması olarsa, Türkiyə ilə Ermənistan arasında yaxınlaşma olacaq. Diplomatik danışıqlar davam edəcək və ikinci addımdan sonra regionda balanslar dəyişəcək. Bu, Ermənistanın daha dinc, daha təhlükəsiz yerə keçməsi üçün ilkin şərtdir. Amma Türkiyə iki tərəf arasında aparılan danışıqlarda vasitəçi deyil, çünki tərəfdir. Bununla belə, düşünürəm ki, müqavilə imzalanacaq. Çünki noyabrda Azərbaycanın ev sahibliyi ilə BMT-nin iqlim konfransı keçiriləcək. Ona görə də Azərbaycan buna önəm verir. Danışıqlar prosesi bir az da uzana bilər, amma məncə, yayın sonuna qədər tərəflər arasında saziş imzalanacaq”, - ekspert bildirib.