16 May 17:28
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümumiyyətlə, bu haqda heç bir söz demək istəmirəm. Fikrimi adekvat anlayanlar da var. Hər kəs öz istədiyi kimi başa düşür və anlaya biləcək nöqtəyə qədər də anlayır. Kiməsə nə izahat, nə də hesabat vermək istəyirəm. Çünki adekvat anlayanlar başa düşürlər".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Elnarə Xəlilova verilişlərin birində oğlu Ərtoğrul haqqındakı fikirlərinin birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

İfaçı uşaqlar üçün "Kukla" adlı klip çəkdirdiyini də bildirib: "Hazırda "Kukla" adlı klip çəkdirirəm. Duet ortağım Lətifə adlı 7 yaşlı bir xanımdır. Təbii ki, klip çəkdirmək uşaqlara olan böyük sevgimdən və qayğımdan irəli gəlir. Klipi 1 iyun Uşaqların Müdafiəsi Günü təqdim etməyi düşünürəm. İnşallah ki, tamaşaçılar bəyənərlər".

Qeyd edək ki, Elnarə Xəlilova "Ərtoğrul bizim kuklamızdır. Bu gün də həyat yoldaşım Rövşənlə onu aramızda yatızdırırıq. Səhərə qədər o öpür, mən öpürəm. Səhərə qədər Ərtoğrul ilə sevişirik", - deyə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər