2 May 15:59
2 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Oçeretnı yaşayış məntəqəsində Ukraynanın müdafiəsini yarıb keçməyə və möhkəmlənməyə nail olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” operativ-strateji qoşun qrupunun sözçüsü Nazar Voloşin bildirib.

“Qəsəbənin bir hissəsi düşmənin nəzarətindədir. Qəsəbənin bu hissəsi Müdafiə Qüvvələrinin atəşi altındadır”, - sözçü deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu rusların qəsəbədən çıxarılması üçün bütün tədbirləri görür.

“Hazırda orada şiddətli döyüşlər gedir. Silahlı Qüvvələr vəziyyətə nəzarət edir”, - Voloşin vurğulayıb.

O qeyd edib ki, Rusiya bu istiqamətdə taktiki uğur qazanıb:

“Rusiya müdafiəmizi yarmaq üçün bu istiqamətdə dördə qədər briqada yerləşdirmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu