29 Oktyabr 23:57
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya səfirliyi ölkədəki Rusiya aktivlərinə həbs qoyulması ilə əlaqədar Finlandiyaya etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, Finlandiya hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirib", - Rusiya diplomatik missiyası bildirib.

Onlar həmçinin qeyd ediblər ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacağını gözləyirlər.

Qeyd edək ki, oktyabrın 29-da Finlandiyada məhkəmə Rusiya dövlətinin ümumilikdə 4 milyard avro dəyərində aktivlərinə həbs qoyub.


Müəllif: Arzu

Oxşar xəbərlər