30 Oktyabr 2024 00:02
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meta" süni intellektə əsaslanan öz axtarış sistemini yaratmağa başlayıb.

Teleqraf.com xəbər veir ki, bu barədə "Wccftech" məlumat yayıb.

Əvvəllər "Meta" xəbərlər, idman və səhmlərlə bağlı istifadəçi sorğularını idarə etmək üçün "Google" və "Microsoft"a etibar edirdi. İndi isə şirkət xarici axtarış sistemlərindən asılılığını azaltmaq üçün süni intellektə əsaslanan axtarış sisteminin yaradılması istiqamətində addım atır.

Bundan əlavə, "Meta" gələcəkdə "Google Xəritə" ilə rəqabət aparmağa kömək edə biləcək məkan məlumatlarının toplanması üzərində də işlərə başlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər