26 oktyabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, ölkə kubokunun B qrupunda yer alan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası ilk görüşdə ötənilki ölkə çempionatının gümüş mükafatçısı “Murov Az Terminal” ilə qarşılaşıb.
FHN-in “Xilasedici” voleybol komandası 3:0 hesabı ilə rəqib üzərində əzmkar qələbə qazanıb.
Bu gün isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ölkə kubokunun növbəti qarşlıaşması baş tutub. FHN-in “Xilasedici” voleybol komandası MOİK komandası ilə görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişilərin mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 31-də keçiriləcək.