Meksika Daxili İşlər naziri Alfons Narettenin helikopteri qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Meksika DİN məlumat yayıb.
Hadisə zamanı nazir Oahaka ştatının qubernatoru Aleksandro Murato ilə birlikdə güclü zəlzələdən zərər çəkən bölgəyə gedirmiş.
Məlumatlara görə, hadisə nəticəsində nazir və qubernator yüngül xəsarət alıb:
"Helikopter eniş sırasında qəzaya uğrayıb. Olay nəticəsində naziri qarşılamağa gələn iki nəfər həlak olub".
Hadisənin səbəbləri məlum deyil.