7 Mart 2023 10:11
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyat vasitəsi idarə edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov