11 Mart 21:59
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərinin Kiçik Dəhnə kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və bitişik sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin içərisindən həcmi 5 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com