Səudiyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar klub almağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, “sambaçı” ilk olaraq formasını geyindiyi Braziliya “Santos”unun sahibi ola bilər.
O, bunun üçün 130 milyon avrosundan keçməyə hazırdır. 2025-ci ildə “Santos”a qayıdacağı gözlənilən Neymar karyerasını məhz bu komandada bitirməyi də planlaşdırır.
Qeyd edək ki, Neymar zədələndiyi üçün bu mövsüm “Əl-Hilal”ın heyətində cəmi 3 oyunda meydana çıxıb.