23 Aprel 2018 13:55
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu bir neçə gündür sosial mediada yayılmaqda davam edir.

"Xəzər" TV-də aparıcısı olduğu "Hər şey daxil" verilişində çəkilmiş videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.

Görüntülərdə prodüser həmçinin əməkdar artist Röya Ayxana qarşı da təhqir səsləndirib. Röya isə sözügedən video ilə bağlı sosial şəbəkədə belə münasibət bildirib:

"Telefonum dağılır… Buradan hamıya cavab verirəm. Pərdəarxası hər şey olur, adam ən əzizinə belə əsəbdən “əşşi, qələt edir filankəs” deyərək reaksiya verir. Bir sözlə, bunu yayan adamın tərbiyədən, əxlaqdan nə qədər uzaq olduğu artıq aydındır. Unutmayın, elə adamlar var ki, siz onu ədəb-ərkanlı tanıyırsınız, amma pərdə arxasında… Onların yanında mən belə toya getməliyəm. Tarix Əliyev kef elə, ancaq hər yerdə diqqətli ol! Həmişə deyirdim, amma qulaq asmırdın, indi yəqin ki, çatdı niyə bunu deyirdim”.

Tarix Əliyev də baş verən olaylar haqqında fikrini açıqlayıb:

“Sənin atılan dırnağını bəzi müğənnilərə dəyişmərəm. Mənim üçün kiminsə fikri önəmli deyil, nə düşündükləri də. Sənin mənə olan münasibətin, mənim isə sənə qarşı olan bitməyən sevgim və sadiqliyim bəsdir. Buradan müğənni cismində məxluqlara səslənirəm, o videonu səhifələrdə paylaşmaq üçün jurnalist dostlarıma yollayanlar, siz niyə kadrları özünüz öz səhifənizdə paylaşmırsınız ki? Qorxusunuz məndən? Bilirsiniz ki, sizə veriləcək cavabım var. Cavabım nəslinizin yeddi qatından keçər? Bədbəxtlər! Siz üzümə yalnız gülərək videonu jurnalistlərə göndərib paylaş deyə bilərsiniz. Çünki özünüzün hünəri çatmaz ki, paylaşıb hər hansı rəy bildirəsiniz! Yaxşı ki, başqa ad deməmişəm, o dəqiqə deyərdiniz onu söyür. Məgər, Röya adı bir dənədir? Bilmədən danışmayın, bəziləri kimi qazdığınız quyuya özünüz düşdünüz”.

Yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.

Hadisədə şübhəli bilinən “Hər şey daxil” verilişinin montajçısı və redaktorunun işdən qovulduğu bildirilir.

Həmçinin qeyd edək ki, məlum videonun müğənni bacılar - Sevil və Sevincin sifarişi ilə paylaşıldığı iddia olunur. Onlar Toliklə hazırda davalıdırlar. İddia edilir ki, bacılar telekanalda çalışanlardan bu görüntüləri alıb və mediaya sızdırıblar. Bununla verilişləri əlindən alınaraq Tolikə verilən əkizlər prodüserdən öz qisasını almağa çalışıb.

Məsələ ilə bağlı bacılar indiyədək heç bir açıqlama verməyiblər./Axşam.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər