23 Mart 22:57
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fövqəladə Hallar Nazirliyi saat 21:00-a olan məlumata görə, "Crocus"da törədilən terror aktında həlak olanların yenilənmiş siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Nəşr qeyd edir ki, siyahıda 29 nəfərin adı var.

Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc etmişdi, saat 17:00-a olan məlumata görə, siyahıda 13 nəfərin adı yer alırdı.

Martın 22-də Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova