24 Fevral 2021 16:09
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış xanəndə Firuz Səxavət Türkiyənin CNN kanalının əməkdaşları ilə işğaldan azad olunmuş Ağdam şəhərinə gedib.

Teleqraf.com xəbər verir ki, 18 yaşında doğma yurdundan, evindən uzaq düşən ifaçının 30 illik həsrətinə son qoyulub.

Firuz Səxavət ermənilər tərəfindən dağıdılan evlərinə baş çəkib: "Doğma yurduma qovuşuram deyə sevincimdən uçmağa qanadım yoxdur. Uşaqlığım burada keçib. Bu hissləri bildirmək mümkün deyil. Daşı, torpağı öpmək istəyirəm. Bura bizim ata-baba yurdumuzdur. Ölkə başçımızın qərarını gözləyirik. Şəhərimiz minadan təmizlənsin, hamımız bura köçəcəyik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər