Türkiyədə Songül adlı qadının azyaşlı uşaqlara verdiyi işgəncə görüntüləri ölkədə kəskin etirazla qarşılanıb.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə ögey ananın 5 azyaşlı uşağı amansızlıqla döyməsi əks olunub. Qadın azyaşlıları əlindəki çubuqla döyüb, bununla ürəyi soyumayan "ana" dəfələrlə yerə çırpıb. Videoda Songülün uşaqların yalvarışlarına məhəl qoymadığı görünür. Ehtimallara görə, görüntülər uşaqların doğma atası Akif tərəfindən gizli kamera ilə lentə alınıb.
Polisdən verilən məlumata görə, məhkəmə qadına 46 il həbs cəzası verib.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir