16 Yanvar 2018 17:02
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmultikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib.

Kitabın ideya müəllifi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tərtib edənlər Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizim və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov, BBMM-nin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, AzərTAC-ın baş redaktoru Cavid Bədəlov, BBMM-nin şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Tədbirdə çıxış edən K. Abdulla prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikultalizm siyasətinin ölkə daxilində inteqrasiya proseslərini sürətləndirdiyini bildirib. K. Abdulla deyib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi dövlətin multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir. Multikulturalizmin təbliği istiqamətində görülən işlərdən danışan K. Abdulla qeyd edib ki, prezident İlham Əliyev multikultural həyat tərzi yaşayıb, Azərbaycan multikulturalizminin təbliği istiqamətində mühüm işlər görüb: "Bu kitab elmi düşüncə tərzi ilə və ölkəmizə, dövlətimizə məhəbbət ruhunda yazılıb".

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizim və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov Azərbaycanda multikulturalizm ənənələrindən və prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm sahəsində həyata keçirilən layihələrdən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıbu gün torpaqları işğal edilən Azərbaycanın həm də ideoloji sahədə Ermənistanla, erməni lobbisi ilə mübarizə apardığını söyləyib: "Düşmən Azərbaycanı dünyaya mənfi obrazda təqdim etməyə çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan multikulturalizminin təbliği bu baxımdan önəmlidir. Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bizim bu xalqla münasibətlərimiz pozulub. Ancaq Azərbaycanda yaşayın digər bütün xalqlar bir ailə şəklində, multikulturalizm mühitində yaşayır. Bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır".

Tədbir çıxışlarla davam edib./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər