Serbiya prezidenti Rusiya qazının idxalına qoyulan qərara qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, Avropa İttifaqının Rusiya qazının idxalına qadağa qərarı tələsik olub.
Vuçiç qəzəblə bildirib ki, bu qərar çox əvvəlcədən verilmişdi.
Onun sözlərinə görə, sənəd layihəsində Qərbi Balkan ölkələri üçün bu qadağanın istisna edilməsi də nəzərdə tutulurdu. Eyni zamanda, bəzi ölkələr üçün, xüsusən də Bolqarıstan və Macarıstan üçün belə istisnalara yol verilib.