16 İyun 2023 12:07
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hərbçisinə, rus sülhməramlarına atəş açılması qəbuledilməzdir"

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Tural Gəncəliyev deyib.

Ermənistanın sülhün əldə edilməsində maraqlı olmadığını deyən deputat bildirib ki, Ermənistanın milli atributlarında da qonşu dövlətlərə qarşı ərazi iddiaları mövcuddur.

Onun sözlərinə görə, Ermənistanın gerbində Türkiyənin Ağrı dağı təsvir olunub:

“Ermənistan bu məsələlərə yenidən baxmalıdır. Bu yaxınlarda beynəlxalq tədbirlərin birində biz Ermənistan tərəfi ilə müzakirələr zamanı onların destruktiv fəaliyyətini ifşa etdik. Onlar o qədər reallıqdan uzaqdır ki, NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirirlər. Bu, xəstə təfəkkürün nəticəsidir. Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır. Son hadisələr, Azərbaycan hərbçisinə, Rusiya sülhməramlarına atəş açılması qəbuledilməzdir”.


Müəllif: Tapdıq Qurbanlı